• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD dəhşətləri: “Bir qadını 10-12 dollara satırdılar”

  • Dünya
  • 5 Oktyabr 2014 08:37
  • 1 282 Baxış
İŞİD dəhşətləri: “Bir qadını 10-12 dollara satırdılar”

İraqda “İslam Dövləti”nin (İŞİD) əsirliyində olan qadınlardan biri “Euronews” telekanalına başına gəldiklərini danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, yezidi kürd olan 19 yaşlı Amşi 3 avqustda əri ilə birlikdə İŞİD-in əlinə keçib.

Əri öldürülən Amşi Moşul şəhərinə gətirilib.

“İŞİD döyüşçüləri yezidi qadınları 10-12 dollara satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Tanrı belə şeyi qəbul edə bilərmi? Bu biabırçılıqdır, bunlar insanlar deyillər, heyvanlardır. Baş verənlərə görə, indiyədək qorxu içində yaşayıram”, - deyə Amşi bildirib.

Amşi sonradan təsüdüf nəticəsində Mosuldan qaçmağı bacarıb.

“Bir çox qadın əsirlər örpəklərini ilgək kimi boğazına dolayır və intihar etdilər”, - “Euronews” xəbər verir.

BMT-nin məruzəsinə əsasən, avqustun sonunda İŞİD 2,5 min yezidi qadın və uşağı tutub. İslamı qəbul etməkdən imtina edən isə Suriyanın Rakka və İraqın Mosul şəhərlərində “qul bazarları”na satmaq üçün göndərilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR