Qırmızı Xaç Ukraynadakı fəaliyyətini dayandırdı
Bizi izləyin

Dünya

Qırmızı Xaç Ukraynadakı fəaliyyətini dayandırdı

Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarından birnin Donetskdə həlak olmasına görə, bir neçə günlüyə Ukrayna ərazisində fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə "Ria Novosti" agentliyinə təşkilatın Ukraynadakı təmsilçisi Alina Murzaeva məlumat verib.

"İndi bizim üçün ən vacib məsələ işçilərimizin təhlükəsizliyini təmin etmək və Donetskdə həlak olan əməkdaşımızın nəşini İsveçrəyə aparmaqdı. Ona görə də təşkilat öz fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib", - Murzaeva əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı, İsveçrə vətəndaşı Loran Etenn oktyabrın 2-də Donetsk şəhərinin mərkəzində artilleriya atəşi nəticəsində həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm