Ekspert: Putinin “qardaş” siyasəti
Bizi izləyin

Dünya

Ekspert: Putinin “qardaş” siyasəti

“Putin ora ömrünün sonuna qədər gedə bilməyəcək”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynada Rusiya Prezidenti Putinə olan münasibət barədə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, Putini Avropa paytaxtları qəbul etsə də, Ukrayna heç vaxt qəbul etməyəcək:

“Bəlli səbəblərdən Putini Avropa paytaxtlarına daha dəvət etmirlər. Ancaq avropalılar unutqandırlar. Ona görə də bəlkə nə vaxtsa Kreml sahibini bağışladılar və qapılarını Rusiya prezidentinin üzünə açdılar. Ancaq bir paytaxt var ki, Putin ora ömrünün sonuna qədər gedə bilməyəcək. Onun qardaş adlandırdığı Ukraynaya yolu birdəfəlik qapanıb. Gülməlidir. Adam Krımı işğal edib, Donbasda "ikinci Qarabağ" yaradıb, yenə deyir ki, "Ukrayna bizə özgə deyil, qardaşımızıdır". Nəsə mən Kiyevdə belə qardaşdan məmnun qalan bir kimsəyə rast gəlmədim...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm