Donetsk “Alfa”sının 30 faizi terrorçuların tərəfinə keçib
Bizi izləyin

Dünya

Donetsk “Alfa”sının 30 faizi terrorçuların tərəfinə keçib

Ukrayna “Alfa” xüsusi təyinatlılarının Donetsk bölməsinin 30 faiz döyüşçüsü terrorçuların tərəfindən vuruşur.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentina Nalivayçenko bildirib.

“Donetsk “Alfa”sının bir hissəsi Donetskdədə separatçıların tərəfində vuruşur. Satqınlar orada da var. Donetsk “Alfa”sının 30 faizi münaqişənin birinci günlərindən terrorçuların tərəfinə keçib. Onun rəhbəri isə hazırda “Şərq” batalyonundadır”, - deyə Valentina Nalivayçenko söyləyib.

O, həmçinin vurğulayıb ki, bütün satqınlar insanlığa qarşı cinayətlərin törədilməsinə görə hərbi tribunal qarşısında cavab verəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm