Bu qrup İŞİD-lə vuruşmaqdan imtina etdi
Bizi izləyin

Dünya

Bu qrup İŞİD-lə vuruşmaqdan imtina etdi

Suriyadakı “İslam Cəbhəsi” Hərəkatı ABŞ-ın liderlik etdiyi koalisiyanın və Bəşər Əsəd güclərinin hücumlarına görə İŞİD ilə vuruşmamaq barədə qərar verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Suriyadakı ən böyük müxalif qruplardan olan “İslam Cəbhəsi”nin sözçüsü Əbu Mustafa bildirib.

İslam Cəbhəsinə aid mövqelərin ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin hədəfinə çevrildiyini deyən Əbu Mustafa Hələb çölündə də Əsəd gücləri və “Hizbullah”ın hücumlarının artdığını söyləyib. Təşkilatın sözçüsü “azad edilmiş torpaqları” qoruyacağını vurğulayıb.

“İslam Cəbhəsi” Hərəkatı Xüms, Dəməşq və Hələb çöllərində fəaliyyətini davam etdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm