İsrail İsveçə od püskürdü
Bizi izləyin

Dünya

İsrail İsveçə od püskürdü

İsveç hakimiyyətinin Fələstinin müstəqilliyini tanıya biləcəyi barədə bəyanata İsrailə sərt reaksiya verib.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İsrail xarici işlər naziri Aviqdor Libermanın bunu düşünülməmiş bəyanat adlandırıb.

Aviqdor Liberman İsveçin İsraildəki səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını bildirib.

Qeyd edək ki, İsveç baş naziri Stefan Leven 3 oktyabrda Fələstini müstəqil dövlət kimi tanımaq niyyətində olduğunu deyib.Əgər rəsmi Stokholm belə bir addım atarsa, İsveç Avropa Birliyinin Fələstinin müstəqilliyini tanıyan ilk üzvü olacaq.

Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas Stokholmun niyyətini alqışlayıb və ümidini ifadə edib ki, İsveçi digər ölkələr də izləyəcək.

Xatırladaq ki, BMT Baş Assambleyası 2012-ci ildə Fələstinin müstəqilliyinə "de facto", yəni faktiki olaraq dəstəyini verib. Ancaq Avropa Birliyi və əksər Avropa ölkələri bununla bağlı rəsmi bir addım atmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm