“Təhrik-i-Taliban Pakistan” İŞİD-ə dəstək verdi
Bizi izləyin

Dünya

“Təhrik-i-Taliban Pakistan” İŞİD-ə dəstək verdi

İndiyə qədər İŞİD terror qruplaşmasının rəqibi hesab edilən “Təhrik-i-Taliban Pakistan”dan gözlənilməz bir açıqlama gəlib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, təşkilat rəsmi olaraq İŞİD-ə dəstək verəcəyini açıqlayıb.

“Təhrik-i-Taliban Pakistan” düşmən hesab etdiyi ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyaya qarşı birləşmə çağırış edib.

“Düşmənə qarşı qələbələrimizdən qürur duyuruq. Yaxşı gündə də, pis gündə də yanındayıq. Düşmənlərinizin sizə qarşı birləşdiyi bu çətin günlərdə səbrinizi qoruyun. Köhnə rəqabəti unudun və birləşin”, - deyə “Təhrik-i-Taliban Pakistan”ın sözçüsü Şahidullah Şahid tərəfindən Qurban Bayramının birinci günü verdiyi açıqlamasında deyilir.

İŞİD-in yanında olacaqlarını və əllərindən gələn köməyi edəcəklərini ifadə edən Şahidullah Şahid İraq və Suriyaya döyüşmək üçün mücahidləri göndərməkdə davam edəcəyini bildirib.

Təşkilatın Suriya və İraqa indiyə kimi 1000-1500 ətrafında döyüşçü göndərdiyi təxmin edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm