Kiyev zəyifliyini etiraf etdi: “Nəzarət edə bilmirik”
Bizi izləyin

Dünya

Kiyev zəyifliyini etiraf etdi: “Nəzarət edə bilmirik”

Sentyabrın 5-də Ukraynanın şərqində Kiyev hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalansa da tərflər vaxtaşırı bir-birini atəşkəs rejiminin pozulmasında ittiham edirlər.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin sədr müavini Vladimir Polevoy Donbas hövzəsində atəşkəs rejiminin pozan silahlı dəstələrə heç kimin nəzarət etmədiyini bildirib.

“Atəşkəs rejiminin pozulması onunla bağlıdır ki, barışığın şərtlərini heç kiminin nəzarətində olmayan quldur dəstələri pozur”, - deyə keçirdiyi brifinqdə V.Polevoy söyləyib.

Bundan əvvəl isə “Donetsk Xalq Respublikası” separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko Ukrayna tərəfindəki bəzi silahlı qüvvələrin mərkəzi hakimiyyətə itaətsizlik göstərdiyini deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti öz silahlı bölmələrini idarə edə bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm