• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Latviyada rusların partiyası qalib gəldi

  • Dünya
  • 6 Oktyabr 2014 00:35
  • 519 Baxış
Latviyada rusların partiyası qalib gəldi

Latviyada parlament seçkilərində Riqanın birinci rus meri Nil Uşakovun başçılıq etdiyi “Razılıq” Partiyası qalib gəlib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Latviya Mərkəzi Seçki Komissiyasının sədri Latviy Arnis Simdars bildirib.

Simdarsn sözlərinə görə, seçkilər baş tutmuş sayılır. Hazırda 1054 seçki məntəqəsindən 1047-də səslər hesablanıb. Seçicilərin 23,13 faizi “Razılıq” Partiyasına səs verib. Seçkilərdə ikinci yeri 21,76 faizlə “Birlik" iqtidar partiyası, üçüncü yeri isə 19,62 faizlə “Yaşıllar” və Kəndlilərin bloku tutub.

Hazırda Latviyada iki milyon insan yaşayır. Son illər ərzində təxminən 200 min insan respublikanı tərk edərək Avropa Birliyi ölkələrinə köçüb.

Qeyd edək ki, Latviya Seymində 100 yer uğrunda 13 siyasi partiya və birlik tərəfindən irəli sürülən 1156 namizəd mübarizə aparıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR