Dünya
İŞİD gələndən nə İŞ var, nə İŞıq - Mosuldan eksklüziv
“İraqda vəziyyət bildiyiniz kimidir. Bəzi yerlərə peşmərgə nəzarət edir. Mosul isə hələ də terrorçu qüvvələrin nəzarətindədir”.
Publika.az-ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında İraqın Ərbil şəhərində fəaliyyət göstərən “Türkman Reform” radiosunun rəhbəri Riyaz Dəmirçi deyib.
Onun sözlərinə görə, Ərbildə sakitlikdir: “Bu işlərin sonu nə olacaq bilmirik. Biz də gözləyirik ki, hər şey qurtarsın. Mosulda vəziyyət çox pisdir. İŞİD bu şəhəri işğal etdiyi gündən əhalinin günü ağır keçir. Nə iş, nə işıq var. Şəhərdə yaşamaq üçün heç nə yoxdur. Millət qorxusundan bilmir nə etsin, kimə nə desin”.
Yada salaq ki, “İraq Şam İslam Dövləti” terror qruplaşması ilk hücumunu Mosula edib. İraq ərazisinə bu şəhərin işğalı ilə başlayan terrorçular 49 türkiyəli diplomatı girov götürməklə prosesi dərinləşdirdi. Diplomatlar azad edilsə də, Mosul hələ də terrorçuların əlindədir. İŞİD özünü “İslam Dövləti” elan edib və xilafət yaratmaq iddiasında olduğunu açıqlayıb. Reallıq isə Yaxın Şərqdə növbəti marginal təşkilatın əli ilə təlatümlər yaradıldığını deməyə əsas verir.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var