Ekspert: “Bu, sırf Putinin üslubudur”
Bizi izləyin

Dünya

Ekspert: “Bu, sırf Putinin üslubudur”

“Donetsk və Luqansk “xalq respublikaları”nın “nəzarətdə olmayan” döyüşçüləri əslində Vladimir Puinin layihəsidir”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "Xalq cəbhəsi" Partiyasının Hərbi şurasının koordinatoru Dmitri Tımçuk deyib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin sədr müavini Vladimir Polevoyun bəyanatını şərh edən hərbi ekspet bəyanatla razılaşmadığını bildirib.

D.Tımçuk vurğulayıb ki, rəsmi Moskvanın özü də Donbas hövsəzindəki separatçıların onun tərəfindən idarə olunmadığı görüntüsü yaratmaqda maraqlıdır: “Donbas hövzəsində vəziyyətin qeyri-stabil davam etdirilməsi Rusiya tərəfindən fəal dəstəklənir. Bu, Putinin layihəsidir. Moskvada belə bir layihənin mövcudluğu inkar edilsə də, bu artıq heç kim üçün sirr deyil. Həmçinin Putin anlayır ki, beynəlxalq cəmiyyət terror təşkilatlarına görə məhz onun məsuliyyət daşıdığını düşünür. Ona görə də Kremldə guya "müstəqil" terror qruplarını yaratmaq ideyası yaranıb. Bu sırf Putinin üslubudur”.

Qeyd edək ki, sentyabrın 5-də Ukraynanın şərqində Kiyev hakimiyyəti ilə separatçılar arasında atəşkəs razılaşması imzalansa da tərflər vaxtaşırı bir-birini atəşkəs rejiminin pozulmasında ittiham edirlər.

Vladimir Polevoy isə dünən Donbas hövzəsində atəşkəs rejiminin pozan silahlı dəstələrə heç kimin nəzarət etmədiyini bildirib.

“Atəşkəs rejiminin pozulması onunla bağlıdır ki, barışığın şərtlərini heç kiminin nəzarətində olmayan quldur dəstələri pozur”, - deyə keçirdiyi brifinqdə V.Polevoy söyləyib.

Bundan əvvəl isə “Donetsk Xalq Respublikası” separatçı qurumun “baş naziri” Aleksandr Zaxarçenko Ukrayna tərəfindəki bəzi silahlı qüvvələrin mərkəzi hakimiyyətə itaətsizlik göstərdiyini deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti öz silahlı bölmələrini idarə edə bilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm