İŞİD mərmiləri Türkiyəyə “uçur”
Bizi izləyin

Dünya

İŞİD mərmiləri Türkiyəyə “uçur”

Suriyanın Kobani şəhərindəki atışma zamanı Türkiyənin Suruç şəhəri yaxınlığına daha bir mərmi düşüb, iki nəfər yaralanıb.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Türkiyə KİV səhər saatlarında məlumat yayıb. Türkiyə Silahlı Qüvvələri Suriyanın atəş açılan ərazisinə cavab atəşi endirib, Suriya ilə həmsərhəd olan iki türk kəndinin əhalisi isə təxliyyə olunub.

Türkiyənin sərhədyanı ərazilərində təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün yollar kəsilib, intensiv atışmalar gedən rayonlara tanklar yerləşdirilib, məktəblər bağlanıb.

Xatırladaq ki, İŞİD qruplaşmaları artıq üç həftədir ki, Suriyanın kürd muxtar administrasiyasının ən böyük mərkəzlərindən olan Kobani şəhərinə hücumlarını davam etdirir. Bunun nəticəsində tez-tez Türkiyə ərazisinə də mərmi və güllələr düşür. Kobanidən 140 mindən çox qaçqın Türkiyəyə pənah gətirib.

Ötən gün isə İŞİD-in Kobaninin mərkəzini ələ keçirdiyi barədə xəbər yayıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm