• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İngiltərə mətbuatından şok: Türkiyə cihadçılara qol açıb

  • Dünya
  • 6 Oktyabr 2014 17:56
  • 798 Baxış
İngiltərə mətbuatından şok: Türkiyə cihadçılara qol açıb

İŞİD sıralarından qaçan 100-dən artıq İngiltərə vətəndaşı Türkiyəyə sığınıb.

Axar.az xəbər verir ki, bu iddia ilə İngiltərənin Sandi Tayms qəzeti çıxış edib.

Qəzet həmçinin Tunis, Əlcəzair, Yəmən, Liviya kimi Şimali Afrika ölkələrində fəaliyyət göstərən bir çox radikal qrupların üzvləri Türkiyəyə gəlmək üçün müxtəlif yollar axtardıqlarını bildirib. İngiltərə və bir çox Avropa ölkələrindən Yaxın Şərqə getmiş insanlara qarşı təhdidlərin meydana gəldiyini qeyd edən dərgi bu insanların ölkələrinə döndükləri zaman potensial təhlükə olduqlarını söyləyib.

Məhz bu səbəbdən terrorçuların nisbətən “açıq ölkə” hesab etdiyi Türkiyəyə sığındıqlarını iddia edən qəzet cihadçıların arasında Pakistan və Banqladeş vətəndaşlarının da olduğunu vurğulayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR