Davutoğlu: “Suriyaya əsgər göndərə bilərik, amma…”
Bizi izləyin

Dünya

Davutoğlu: “Suriyaya əsgər göndərə bilərik, amma…”

Türkiyə baş naziri Əhməd Davudoğlu CNN-ə müsahibəsində İŞİD terror qruplaşmasına qarşı mübarizə ilə bağlı suallara cavab verib.

Publika.az Türkiyə mediasında istinadən verdiyi məlumata görə, baş nazir Suriya prezidenti Bəşər Əsədin durdurulmayacağı halda, İŞİD təhdidinin daha da böyüyəcəyini söyləyib.

Müsahibə dərc olunmasa da CNN əməkdaşı Kristian Amanpur Ə.Davuroğlunun bəzi fikirlərini “Twitter” hesabından paylaşıb:

“Türkiyə baş naziri Kobaninə humanitar yardım etməyə çalışacaqlarını, amma Əsədin durdurulmayacağı halda İŞİD-in mövcud olacağını və daha çox şəhərin terror qruplaşmasının əlinə keçəcəyini söyləyib”.

“Əhməd Davudoğlu Türkiyənin qurudan əsgər göndərə biləcəyini, ancaq bunun Amerika strategiyasının Əsədin əleyhinə icra olunmağa başladığı zaman mümkün olacağını bildirib”.

“Türkiyənin yeni baş naziri xarici mətbuata verdiyi ilk müsahibədə hərbi koalisiyaya Suriya daxilində uçuşa qadağan və etibarlı bölgələrin yaradılması halında qatıla biləcəyini söyləyib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm