Moskvalılar Putinə qarşı: "Rədd olsun çekistlər hakimiyyəti!"
Bizi izləyin

Dünya

Moskvalılar Putinə qarşı: "Rədd olsun çekistlər hakimiyyəti!"

Rusiya paytaxtı Moskvanın mərkəzində Putin əleyhinə mitinq olub.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları “Bataqlıq işi” üzrə ittiham olunanların azad edilməsini tələb edir.

Mitinq iştirakçıları “Siyasi dustaqlara azadlıq!", "Rusiya azad olacaq!", "Rədd olsun çekistlər hakimiyyəti!", "Putinsiz Rusiya!" kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2012-ci ilin mayında Yakimanka rayonunda hakimiyyətlə razılaşdırılmış yürüş və Bataqlıq meydanında nümayiş polislə toqquşmalarla nəticələnmişdi. Onlarla insan xəsarət almış, 400-dən çox insan isə saxlanılmışdı. Zamoskvoretsk məhkəməsi bu ilin fevral ayında "bataqlıq işi" üzrə müttəhimləri iğtişaşlarda iştirakda və polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirkar bilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm