İŞİD komandirlərindən biri öldürüldü
Bizi izləyin

Dünya

İŞİD komandirlərindən biri öldürüldü

İraq Şam İslam Dövlətinin İraqdakı yüksək rütbəli komandirlərindən olan və bir çox insanın ölümündə məsuliyyət daşıyan Şakir Vuheyb öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə İraq Ordusunun zabiti Rəşid Felih məlumat verib. Onun sözlərinə görə, İraq təyyarələri tərəfindən Ramadi şəhərinin Hit mahalında IŞİD-ə aid mövqelərə hava hücumu təşkil olunub. Hücum zamanı təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan Şakir Vuheyb həlak olub.

Vuheybin müxtəlif şəhərlərdə əsgər və vətəndaşları amansızcasına qətlə yetirdiyini deyən Felih onun öldürülməsinin böyük nəaliyyət olduğunu söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm