İsmət Yılmaz: “Türkiyəyə bir hücum olarsa...”
Bizi izləyin

Dünya

İsmət Yılmaz: “Türkiyəyə bir hücum olarsa...”

"Türkiyəyə hücum olarsa, NATO Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin şərtini yerinə yetirəcək”.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə milli müdafiə naziri İsmət Yılmaz İŞİD terror qruplaşmasının Türkiyə sərhədlərinə çatmasını şərh edərkən deyib.

"Suriya ilə əlaqədar hadisələrin başlanmasından etibarən biz NATO-dan cavab tədbirləri barədə planların hazırlanmasını tələb etdik və NATO müxtəlif alternativləri nəzərdən keçirərək bir plan hazırlayıb. Türkiyəyə hücum olarsa, NATO Vaşinqton Müqaviləsinin 5-ci maddəsinin şərtini yerinə yetirəcək”, - türkiyəli nazir bildirib.

İ.Yılmaz NATO nizamnaməsinin 5-ci maddəsinin çox açıq olduğunu söyləyib: “Müttəfiq ölkələrindən birinə hücum bütün müttəfiq ölkələrə edilmiş hücum sayılır və NATO-nun ortaq müdafiə sistemi qüvvəyə minir. NATO-nun yeni baş katib də bunu açıqladı. Türkiyə niyə NATO-nun üzvüdür? Bir hücum olarsa, müttəfiq ölkələri yanında görmək üçün”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm