Suriya ilə bağlı yeni strategiya hazırlanır
Bizi izləyin

Dünya

Suriya ilə bağlı yeni strategiya hazırlanır

ABŞ Suriya siyasətində uğursuzluğa düçar olduğunu qəbul edərək regional bağlı yeni strategiya hazırlayırlar.Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Vaşinqton Post” qəzeti amerikalı senatorlar Con Makkeyn və Linds Qremi bildirib.Qəzet adıçəkilən sen

ABŞ Suriya siyasətində uğursuzluğa düçar olduğunu qəbul edərək regional bağlı yeni strategiya hazırlayırlar.Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Vinqton Post” qəzeti amerikalı senatorlar Con Makkeyn və Linds Qremi bildirib.Qəzet adıçəkilən senatorların ABŞ dövlət katibi Con Kerri ilə yaxın olduğunu qeyd edərək informasiyanın inandırıcı olma ehtimalının yüksək olduğunu vurğulayıb.

Doğrudan da, ABŞ Suriya Ilə bağlı strategiyanın uğursuzluqluğundan məyusdur. Dəməşq kimyəvi silahları ölkədən çıxarmağa tələsmir. Keçən günlərdə BMT-nin hazırladığı bir məruzədə qeyd olunmuşdu ki, Suriya kimyəvi silah arsenalının yalnız 5 faizi ölkədən çıxarıdılıb. Rusiya isə Dəməşq rejiminə silah yardımını, rejim isə müxalifət mövqelərini bombalamaqda davam edir. Böyük ümidlərin bəslənildiyi “Cenevrə-2” sülh danışıqlarında humanitar məsələlər belə razılaşdırılmadı. Bir sözlə, Bəşər Əsədin mövqeləri güclənir, müxalifətin onu devirmək şansları isə getdikcə aşağı düşür.

Senator L.Qremin sözlərinə görə, dövlət katibi müxalifətin silahlandırılması və hərbi təlim keçmək ehtiyacından danışıb. ABŞ Dövlət Departamentinin sözcüsü Jen Psaki isə senatorların açıqlamalarını təkzib edib: “Senatorlar eşitmək istədiklərini danışırlar. Amma bunlar həqiqəti əks etdirmir”, - söyləyib. Amma Dövlət Departamentinin sözcüsü ABŞ-ın böhranın həlli üçün lazım olan hər şeyi etdiyini deməyin çətin olduğunu deyib. Qeyd edək, hər iki senator ölkəsinin Suriya ilə bağlı siyasətindən narazıdır və Azad Suriya Ordusuna təlimlər keçirilməsinin vacib olduğunu düşünür.

“Cenevrə-2”in nəticələri isə optimist olmağa əsas vermir. “Biz heç nəyə nail olmadıq”, - konfransa yekun vuran Ərəb Liqası və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi bildirib. Suriya vətəndaş müharibəsinin başlanmasından bu yana ilk dəfə danışıqlar masasında üz-üzə gələn müxalifət və rejim nümayəndələri hətta əsirlərin mübadiləsi və Xomsa humanitar yardımın çatdırılması məsələlərində razılığa gələ bilmədilər. Dəməşq humanitar yardımın çatdırılması üçün müxalifət silahlılarının Xomsdan çıxarılmasını istəyir. Amma müxalifət Xomsdan çıxmaq istəmir. Hakimiyyət isə ərzaq və dərman aldıqdan sonra müxalifətin hücumları davam etdirəcəyindən ehtiyat edir. Senatorlar müxalifətə hərbi yardım məsələsini Konqresin müzakirəsinə çıxartmağı təklif edirlər.

ABŞ-ın strategiya dəyişikliyinin əlamətləri artıq üzə çıxıb. ABŞ dövlət katibi C.Kerri Münhen Təhlükəsizlik Konfransında Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə Suriya danışıqlarına regional oyunçuları cəlb etməyi təklif edib. Bunlar vətəndaş müharibəsində vuruşan tərəfləri dəstəkləyən Səudiyyə Ərəbistanı, Türkiyə və İrandır. Onların iştirakı məsələsində ABŞ və Rusiya “Cenevrə-2”nin nəticələrini əsaslanaraq öz aralarında razılaşmalıdır. Rusiya mətbuatının yazdığına görə, Moskva prinsip etibarilə buna qarşı deyil, amma detalları bilmək istəyir. Qeyd edək, Kerrinin bu təşəbbüsü 7 may 2013-cü ildə səslənsə də sonradan gündəmdən çıxdı. İranın “Cenevrə-2”də iştirakına Suriya müxalifəti razı olmadı və son anda Vaşinqton da müxalifəti dəstəklədi. Hazırda isə Kerri Lavrovla daha əvvəllər hazırlanmış formata qayıdır.

Moskva isə “Cenevrə-2”nin nəticələri ilə bağlı optimistdir. Rusiya hesab edir ki, indiki mərhələdə vuruşan tərəflərin danışıqlar stolu arxasında oturması və danışıqların sonuna kimi onların qapını çırpıb getməməsi müsbət haldır. Danışıqlar üçün növbəti tarix isə 10 Fevraldır. Tərəflər Cenevrəyə qayıdacağını təsdiq ediblər. Danışıqların birinci raundunu boykot edən Suriya Milli Şurasının ikinci raundda iştirakı gözlənilir.

Moskva kimyəvi silahların taleyi məsələsində də Vaşinqtonu sakitləşdirməyə çalışır. Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov əmindir ki, 1 Mart tarixinə qədər kimyəvi silahların ixrac başa çatdırılacaq. ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Ceyms Klepper isə hazırkı vəziyyətdən narazıdır. Suriya liderinin kimyəvi silah məsələsindən istifadə edərək möhkəmləndiyini deyən baş kəşfiyyatçı “Əsədin devrilməsi şanslarının da azalıb. İstisna edilmir ki, Suriyada pat vəziyyət yaranacaq. Nə rejim, nə də müxalifət qarşıtərəf üzərində üstünlük qazana biləcək” deyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm