Arvadını düz 58 yerindən bıçaqladı
Bizi izləyin

Dünya

Arvadını düz 58 yerindən bıçaqladı

Arvadını düz 58 yerindən bıçaqladı

İngiltərədə arvadını 58 dəfə bıçaqlayaraq öldürən Bülent Sessaçar 10 il 8 ay həbs cəzasına məhkum olub.

Londonda yaşanan hadisə ilə bağlı 29 yaşlı Sessaçar cinayəti rədd etsə də, qəsdsiz adam öldürmə günahını qəbul edib. Psixoloji problemləri və narkotik asılısı olan Sessaçara azaldılmış cəza verilib.

2005-ci ildə evlənən Sessaçar həyat yoldaşı Rebekka Sessaçarla problem yaşayırmış. Hadisədən bir neçə gün əvvəl yoldaşına hücum etdiyi üçün nəzarətə aparılıb, lakin həyat yoldaşı şikayət etmədiyi üçün sərbəst buraxılıb.

20 dekabr 2012-ci ildə baş verən hadisəyə cütlüyün 6 yaşlı qızı da şahidlik edib. Qonşular evdən gələn qışqırıq səslərindən sonra polisə xəbər verib, gələn polis isə poçt dəliyindən baxandan sonra problem olmadığı qənaətinə gələrək getmişdi.

Lakin qışqırıqlar davam etdiyi üçün qonşular yenidən polis çağırıb və sonda cinayət baş verib.

Mübahisə zamanı ayağından bıçaqlanan 25 yaşlı Sessaçar isə polis və təcili yardım işçiləri tərəfindən yatağın üzərində ağır yaralı olaraq tapılıb.

Bədbəxt qadın bütün tibbi müdaxilələrə baxmayaraq hadisə yerində vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm