Koalisiya qüvvələri İŞİD-i Kobanidə vurdu
Bizi izləyin

Dünya

Koalisiya qüvvələri İŞİD-i Kobanidə vurdu

ABŞ-ın liderlik etdiyi koalisiya güclərinə aid hərbi təyyarələr Kobaniyə daxil olan İŞİD terror təşkilatına hava zərbələri endirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücumda terror təşkilatının bir top və bir zirehli texnikası məhv edilib.

ABŞ Mərkəzi Qüvvələr Komandirliyi (CENTCOM) hərbi təyyarələr və pilotsuz hərbi təyyarələrin Suriya və İraqda İŞİD-ə qarşı hücumlarının həftə sonu da davam etdiyini açıqlayıb. CENTCOM Suriyadakı hava hücumlarında Zavr yaxınlığında iki tankın, Kobaninin cənubunda isə İŞİD-in bir postunun məhv edildiyini bildirib.

CENTCOM İraqdakı hücumlarda Fellucənin şimal-şərqində İŞİD-in iki havan topu ilə bir sığınacağın, Ramadinin qərbində isə İŞİD silahlılarının məskunlaşdığı bir binanın vurulduğunu bildirib. Xəbərdə həmçinin hava hücumlarına Belçika və İngiltərənin də dəstək verdiyi qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm