• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ABŞ İŞİD-lə mübarizəyə milyardlar xərcləyir

  • Dünya
  • 7 Oktyabr 2014 16:00
  • 463 Baxış
ABŞ  İŞİD-lə mübarizəyə milyardlar xərcləyir

ABŞ İraqda və Suriyada fəaliyyət göstərən terrorçu qruplar və "İslam Dövləti" ilə mübarizəyə bu vaxta qədər 1,1 milyard dollar xərclədiyini açıqlayıb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, bu vaxta qədər hər iki ölkədə terrorçu qrupların hədəflərinə İraqda ümumilikdə 266, Suriyada isə 95 zərbə endirilib.

Hava zərbələrinin endirilməsi ABŞ hökumətinə 62 milyon dollara başa gəlib.

Qeyd edək ki, "İslam Dövləti" (əvvəllər "İraq və Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islamçı qruplaşma daxil idi.

Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı "əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.

"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.

İyunun 10-da "İslam Dövləti" qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə yaraqlılar İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada nəzarəti altında olan ərazilərdə "İslam xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Oktyabrın 6-da Suriyanın Kobani şəhərinin "İslam Dövləti"nin nəzarətinə keçməsi ilə Türkiyə-Suriya sərhədinin böyük bir qisminə terrorçuların nəzarət etdiyi bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR