Vanda Atatürkün heykəli yandırıldı - FOTO, VİDEO
Bizi izləyin

Dünya

Vanda Atatürkün heykəli yandırıldı - FOTO, VİDEO

Kobanidəki hadisələrlə bağlı Türkiyədə keçirilən etiraz aksiyalarında qan töküldü, bir nəfər aksiya iştirakçısı ölüb, 5 polis yaralanıb.

Publika.az xəbər verir ki. Muşun Varto mahalında bu gün səhər saatlarından başlayan aksiyaya polis müdaxilə edib. 25 yaşındakı Hakan Buksur başından vurulub. Aktivistlər tərəfindən Varto Mahal Dövlət Xəstəxanasına qaldırılan Buksur, müdaxilələrə baxmayaraq həlak olub. Buksurun ölüm xəbərindən sonra mahalda hadisələr daha da şiddətlənib. Aksiyanın hələ də davam etdiyi bildirilir.

Batmanda keçirilən aksiyada da polislə qarşıdurma olub. Bələdiyyə binasının qarşısına yığılan qrupun dağılmasını tələb edən polisə daş və fişənglərlə hücum edilib. Polis isə təzyiqli su və bibər qazıyla müdaxilə edib. Diyarbakır prospektində qarşıdurmaların davam etdiyi bildirilir.

Vanda da vəziyyətin gərgin olduğu bildirilir. Burada aksiya iştirakçıları 5 polisi yaralayıb. Atatürkün heykəlini yandırıblar.

İstanbulda da vəziyyət gərfinləşib. Minlərlə etirazçı küçəyə çıxıb. Polislə raşıdurmalarda bir nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm