Kobani etirazlarına rəsmi münasibət bildirildi
Bizi izləyin

Dünya

Kobani etirazlarına rəsmi münasibət bildirildi

İŞİD-in Kobaniyə girməsinə görə Türkiyədə başlayan etiraz aksiyalarına rəsmi Ankaradan reaksiya verilib.

Publika.az xəbər verir ki, baş nazirin müavini Yalçın Akdoğan öz Twitter hesabında Kobani mövzusunda Türkiyənin heç bir şey etmədiyi haqqında deyilənlərin yalan olduğunu yazıb.

"Türkiyə humanitar sahədə nə lazımsa edir. Türkiyə Kobaninin işğal olmasından və sərhəddində IŞİD kimi bir terror təşkilatının mövcudluğundan qətiyyən məmnun deyil", - deyə baş nazirin müavini bildirib.

"Hər kəs bilməlidir ki, xalqımızın dincliyini pozmağa yönəlik hər cür şiddət və vandalizmin qarşısı qətiyyətlə alınacaq. Xalqı küçələrə çağırış məsuliyyətsiz siyasət anlayışının təzahürüdür. Türkiyənin xoş niyyətli səylərinə qarşı böyük haqsızlıqdır. Türkiyə xaricində yaşanan və bizim birbaşa müdaxilə etmək imkanımız olmadığı hadisələri bəhanə edərək "həll prosesinə" mane olmaq məsuliyyətsizlikdi", - Akdoğan əlavə edib.

O qeyd edib ki, sabah yerli vaxtla saat 16:00-da Suriya və Kobanidəki hadisələrlə bağlı baş nazirin yanında Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm