Türkiyə təyin edir, koalisiya qüvvələri vurur - VİDEO
Bizi izləyin

Dünya

Türkiyə təyin edir, koalisiya qüvvələri vurur - VİDEO

ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin İŞİD terror təşkilatına hava zərbələrində Türkiyə önəmli rol oynayır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyənin “F 16” döyüş təyyarələri əldə etdiyi kəşfiyyat məlumatları koalisiya qüvvələrinə verir.

Əldə edilən məlumatlara görə, Diyarbəkr 2-ci Hava Qüvvələri Komandirliyinin 8-ci Anajet hərbi bazası və Batmandakı hava bazasından qalxan pilotsuz hava vasitələri və “F 16” döyüş təyyarələri Kobani bölgəsində kəşfiyyat uçuşları apararaq İŞİD-in mövqelərini müəyyənləşdirir. Türkiyə reaktivləri tərəfindən müəyyənləşdirilən İŞİD mövqeləri koalisiya güclərinə bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm