• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyədə komendant saatı: Kobaniyə görə 2 ölü - VİDEO

  • Dünya
  • 8 Oktyabr 2014 09:35
  • 946 Baxış
Türkiyədə komendant saatı: Kobaniyə görə 2 ölü - VİDEO

Türkiyənin Siirt əyalətinin Kurtalan mahalında Kobani hadisələrini bəhanə edərək küçələrə çıxan iki qrup arasında atışma olub.

Publika.az-ın məlumatına görə, atışmada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, Kobaniyə hücumlara qarşı etiraz aksiyası keçirənlər bələdiyə binasını yandırıb, polisə molotof kokteyli atan qrupla əks fikirli dəstə arasında atışma olub.

Nəticədə 2 nəfər ölüb, Necat Ç., Cihan T., Bedriye Y., Hikmet B., Mehmet Ç., Cüneyt Y. və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 6 nəfər yaralanıb.

Yaralılar Kurtalan dövlət xəstəxanasına aparılıblar. Hadisədən dərhal sonra Siirtin Kurtulan mahalında komendant saatı elan edilib.

Verilən son məlumatlara görə Türkiyənin Diyarbəkir bölgəsində də yerli vaxtla saat 22:00-dan etibarən komendant saatı elan olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR