Yunanlar danışıqlardan çəkildi
Bizi izləyin

Dünya

Yunanlar danışıqlardan çəkildi

Cənubi Kipr rəhbərliyinin lideri Nikos Anastasiadis Kipr problem üzrə danışıqlardan çəkildiyini açıqlayıb.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yunan tərəfi qərarını təbii qaz axtarışı həyata keçirilən bölgəyə Türkiyənin döyüş gəmilərini göndərməsi ilə izah edib.

Danışıqların təxirə salınması qərarını Yunanıstanın baş naziri Antonis Samaras da dəstəkləyib. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu və yunan lideri Nikos Anastasiadisin Kipr müzakirələri çərçivəsində 9 oktyabrda Lefkoşada görüşəcəyi gözlənilirdi.

Cənubi Kiprin “Alithia” qəzeti isə bugüngü sayında N.Anastasiadisin sərt addımlar ata biləcəyini yazıb. Qəzetə görə, bunlardan biri Şimali Kipr Türk Cümhuriyyəti ilə Cənubi Kipr arasındakı sərhəd qapılarının bağlanılması olacaq.

Yunanıstan Xarici İşlər Nazirliyi isə Türkiyəyə etiraz notası verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm