Kobani atəşi Türkiyəni yandırdı: 15 ölü - FOTO (Yenilənib)
Bizi izləyin

Dünya

Kobani atəşi Türkiyəni yandırdı: 15 ölü - FOTO (Yenilənib)

İŞİD-in Kobanini mühasirəyə almasından sonra Türkiyə daxilində başlayan etirazlarda 15 nəfər ölüb, çox sayda insan yaralanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Diyarbəkirdəki aksiyalarda 8, Batmanda 1, Siirtdə 2, Mardində 3, Muşda isə 1 nəfər həlak olub. Onlarla adam isə yaralanıb.

Bu səbəbdən Türkiyənin bir çox əyalətlərində, əsasən də Diyarbəkir, Mardin, Van, Siirt və Batmanın əksər rayonlarında fövəladə vəziyyət elan olunub. Saat 17:00-dan sonra küçələrə çıxmaq qadağan edilib, bölgədəki orta və ali məktəblər bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm