BMT: "Kobanini xilas edin"
Bizi izləyin

Dünya

BMT: "Kobanini xilas edin"

“Əgər İŞİD Kobanini ələ keçərsə bütün dünya peşman olacaq. Bir an belə düşünmədədn hərəkətə başlamalıyıq”.

Publika.az xəbər verir ki, bu çağırışla BMT çıxış edib. BMT-nin Suriya üzrə xüsusi nümayəndəısi Staffan de Mistura Kobani şəhərinin işğal olunacağı təqdirdə dünyanın misligörünməmiş qətliama şahidlik edəcəyini deyib.

“Türkiyə-Suriya sərhəddindəki Kobani 3 həftədir İŞİD-in mühasirəsindədir. Burada yaşayan 400 min kürd öz şəhərlərini rəşadətlə müdafiə edir. Amma Kobani artıq özünü müdafiə gücünü itirmək üzrədir. Onlar normal silahlarla özlərini müdafiə edərkən İŞİD tanklarla və artilleriya topları ilə hücum edir. Beynəlxalq ictimaiyyət daha bir şəhərin İŞİD-in ələ keçirməsinə tamaşaçı qalmamalıdır”, - deyə BMT təmsilçisi Türkiyə orrdusunu Suriayaya girməyə çağırıb.

"Türkiyənin alicənablıq göstərərək 200 mindən çox kobanilini öz torpaqlarına qəbul etməsini təqdir edirik. Amma Türkiyə Kobani ilə bağlı konkret addımlar atmalıdı", - deyə vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm