Sabiq prezident ömürlük məhkum oluna bilər
Bizi izləyin

Dünya

Sabiq prezident ömürlük məhkum oluna bilər

Serbiyanı sabiq prezidenti Radovan Karaciç ömürlük azadlıqdan məhrum ola bilər.

Publika.az xəbər verir ki, Haaqa Beynəlxalq Tribunalında keçirilən məhkəmə prosesində prokuror sabiq prezidentin ömrünün qalan hissəsinin həbsxanada keçirməsi haqqında hökm çıxarılmasını tələb edib.

Keçmiş prezident Bosniya müsəlmanlarının və xorvatların soyqırımında, həmçinin Bosniya və Hersoqovinadakı müsəlman anklavında 1995-ci ilin iyununda 8 minə yaxın kişi və gəncin öldürülməsi ilə nəticələnmiş qətliamda ittiham olunur.

Karaciç sübutları “qeyri-dəqiq və etibarsız” hesab edir. O, məhkəmədəki çıxışında baş vermiş bir çox hadisələrdə onun zərrə qədər də iştirakı olmadığını söyləyib.

Serbiyanın xüsusi xidmət orqanları Haaqa tribunalından 13 il gizlənən Radovan Karaciçi 2008-ci ilin iyununda Belqradda həbs ediblər. Onun məhkəməsi isə 2009-cu ilin oktyabrında başlayıb. Cinayət işinin materialları 10 min səhifədən çoxdu. İlk şahid məhkəmədə 2010-cu ilin aprelində, sonuncusu isə 2014-cü ilin aprelində ifadə verib. Dörd il ərzində ümumilikdə 600-dək şəxs dinlənilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm