Rusiya ən qorxunc silahının sınağına başladı
Bizi izləyin

Dünya

Rusiya ən qorxunc silahının sınağına başladı

Rusiya Xüsusi Təyinatlı Raket Qoşunları Povoljye vilayətində “Topol” raket komplekslərinin də yer aldığı hərbi təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə raket qoşunlarının polkovniki İqor Yeqorov məlumat verib.

“Rusiya Xüsusi Təyinatlı Raket Qoşunlarında Yoşkar-Oladakı raket diviziyası ilə birlikdə komanda-qərargah təlimlərinə başlanılıb. Təlimlər oktyabrın 11-nə qədər davam edəcək”, - Yeqorov bildirib.

Raketçilərə şərti döyüş əməliyyatlarını yerinə yetirmək tapşırılıb.

Ümumilikdə isə təlimlərə 2000-ə yaxın hərbçi və 200-dən çox texnika cəlb olunub.

“RT-2PM “Topol” (NATO klassifikasiyasına görə - SS-25 Sickle) sovet-rus strateji təyinatlı qitələrarası raketi Rusiyanın ən uğurlu və qorxunc raketlərindən sayılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm