Ukrayna hakerləri QRU sənədlərini ələ keçirdi – Tam Məxfi
Bizi izləyin

Dünya

Ukrayna hakerləri QRU sənədlərini ələ keçirdi – Tam Məxfi

Hakerlər “Donetsk Xalq Respublikası”, Krım və Rusiya haqqında olan məxfi sənədləri ələ keçirərək internetə sızdırıblar.

Axar.az xəbər verir ki, həmin bazaya “Donetsk Xalq Respublikası”nın layihələrinə aid çoxlu sənədlər, gizli rəsmi sənədlər, ukrayna vətəndaşlarının sənədlərinin surətləri və digər məlumatlar daxildir.

Mətbuat hakerlərin əldə etdikləri sənədləri üç hissəyə bölündüyünü bildirib. Belə ki, birinci hissəyə Krımın işğalından sonra layihələr və sənədlər təqdim edilib.

İkinci hissədə “Donetsk Xalq Respublikası” liderlərinin Moskvaya məktubları yer alıb. Həmin məktubda onların Luqansk və Donetsk ərazilərində “Rusiya xalqının soyqırımı”nda “qurban gedənlərə” yardım etməsi xahiş olunub.

Üçüncü hissədə isə ukraynalıların Yunanıstan və digər ölkələrə viza və pasportları ilə surətləri yer alıb. Həmin vətəndaşların, əsasən, Donetsk və Luqansk ərazilərində qeydiyyatda olması nəzərə çarpıb. Lakin onların arasında Kiyev və Lvov sakinləri də yer alıb.

Sənədləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm