• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Amansız savaş başladı: Putinin ətrafı iki cəbhəyə bölündü

  • Dünya
  • 8 Oktyabr 2014 09:51
  • 1 267 Baxış
Amansız savaş başladı: Putinin ətrafı iki cəbhəyə bölündü

Qərbin sanksiyaları Putinin ətrafını iki qrupa bölüb.

Axar.az xəbər verir ki, bu iddia ilə “Blomberq” agentliyi çıxış edib.

Agentlik qruplaşmanın hər ikisinin Rusiyanın resursları uğrunda mübarizə apardığını bildirib:

“Qərbin sanksiyaları Rusiya hakimiyyətini iki cəbhəyə bölüb. Birinci cəbhədə Rusiyanın sanksiyalarla təcrid edilməsindən qorxan qrupa Dmitri Medvedev rəhbərlik edir. Bura isə özəl şirkətlərin üzvləri aiddir. İkinci qrup isə dövlət təsirinin gücləndirilməsinin tərəfdarıdır. Buraya isə “Rosneft”in sədri İqor Seçin başçılıq edir. Onun əsas müdafiəçiləri sırasına dövlət kompaniyaları və güc strukturları aiddir. Tərəflər arasında mübarizə gündən-günə şiddətlənir. Məhz “Başneft” rəhbəri Yevtuşenkonun həbsi də bu müharibənin təzahürüdür. Bu isə çox güman ki, İqor Seçin tərəfindən atılmış addımdır. Yevtuşenkonun həbsi müharibənin hələ başlanğıcıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR