Beş Afrika dövləti “Bako Haram”a qarşı birləşir
Bizi izləyin

Dünya

Beş Afrika dövləti “Bako Haram”a qarşı birləşir

5 Qərbi Afrika dövləti “Bako Haram” terror təşkilatına qarşı birgə mübarizə aparacaq.

Publika.azReuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda bəyanat yayılıb. Teror probleminə həsr edilən görüşdə Niger, Nigeriya, Çad, Benin prezidentləri, həmçinin Kamerun nümayəndələri iştirak edib.

Toplantı Nigerin paytaxtı Niamedə keçirilib. Bildirilib ki, 20 noyabradək 5 dövlətin birləşmiş qüvvələrinin baş qərargahı müəyyən olunacaq. Əslində belə bir ideya barədə hələ may ayında Parisdə keçirilən toplantıda razılığa gəlinmişdi. Həmin vaxt terror təşkilatı 200 məktəbli qızı oğurlamışdı.

İndi isə “Bako Haram”ın fəaliyyəti artıq Nigeriya sərhədlərindən kənara çıxır. Bu isə digər Afrika ölkələrinin narahatlığına səbəb olub.

İŞİD-in müvəffəqiyyətlərindən ruhlanan “Bako Haram” artıq Niger və Çad ərazilərinə də hücumlar təşkil edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm