Hava zərbələri İŞİD-i dayandırdı - VİDEO
Bizi izləyin

Dünya

Hava zərbələri İŞİD-i dayandırdı - VİDEO

Suriyada Kobaniyə bir neçə gündür aramsız hücum edən İŞİD terrorçuları bu gün nisbətən geri çəkilib.

Publika.az xəbər verir ki, bu barədə bölgədə İŞİD-ə qarşı vuruşan kürd döyüşçüləri (YPG) məlumat veriblər.


Onların sözlərinə görə, ötən gün koalisiya qüvvələrinin İŞİD mövqelərini aramsız aviazərbələrə məruz qoyması işə yarayıb. Nəticədə, bu gün bölgədə nisbi sakitlik var və İŞİD-in şəhərin içərisinə doğru irəliləməsi dayandırılıb.


ABŞ: "Hava əməliyyatları davam edəcək"


Kobani ətrafında İŞİD hədəflərinin vurulduğunu təsdiq edən ABŞ-ın Xarici İşlər Nazirliyi, əməliyyatların davam edəcəyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyinin də yaydığı bəyanatda əsasən ağır artilleriyanın olduğu yerlərin hədəfə alındığı deyilir. Nazirlik ötəngünkü əməliyyatların uğurla tamamlandığını bəyan edib.


Əməliyyatlar zamanı Kobanidə 412 nəfərin öldüyü bildirilir.


3 həftədir davam edən Kobani döyüşlərindən qaçan 200 mindən artıq insan isə Türkiyəyə keçib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm