Bələdiyyə sədri aksiyaçılara qoşuldu, ordu şəhərə girdi
Bizi izləyin

Dünya

Bələdiyyə sədri aksiyaçılara qoşuldu, ordu şəhərə girdi

Türkiyənin Siirt vilayətində toplaşan və aralarında bələdiyyə sədrinin də olduğu qruplaşma ilə polis arasında toqquşma baş verib. Hadisələr getdikcə böyüdüyündən ordu şəhərə girib.

Publika.az “Haberler.com”a istinadən xəbər verir ki, Siirtdə toplaşan və aralarında bələdiyyə sədri Tuncər Bakırxanın da olduğu təxminən iki min nəfərlik qrup AKP-nin qərargahına yürüş edib.

Burada polis maneəsi ilə qarşılaşan qrupla hüquq mühafizə orqanları arasında toqquşma baş verib. Hadisələr böyüdükdən sonra Hərbi-polis komandanlığının xüsusi təyinatlı dəstəsi şəhər mərkəzinə girərək ictimai yerlərdə təhlükəsizliyi təmin edib.

Polislə toqquşma

Təhlükəsizlik tədbirləri görən polis yürüşə icazə vermədiyindən bələdiyyə sədri Tuncər Bakırxanla polis komandirləri arasında mübahisə baş verib. Polisin dağılışmaq barədə xəbərdarlığından sonra bəzi qruplar polisə daş, “molotov kokteyli” və fişənglərlə hücum edib. Polis qruplara bibər qazı və təzyiqli suyla müdaxilə edib.

Ordu şəhərə girdi

Hadisələr polisin nəzarətindən çıxdığı üçün Siirt şəhər hərbi-polis komandanlığının xüsusi təyinatlıları şəhərə girib. Şəhərin tünlük yerlərində təhlükəsizlik tədbirləri görülüb. Hərbi polis dəstələri AKP-nin binasına yürüş etmək istəyən qrupların qarşısını alıb.

Məktəb və bankomatlara hücum

Siirtin Barış məhəlləsindəki Sağlamlıq mərkəzinə, 18 mart ümumtəhsil məktəbinə və İnönü adına məktəbə hücum edilib. Məktəblərə böyük ziyan dəyib. “Molotov kokteyli”nin atılması nəticəsində yaranan yanğına yanğınsöndürmə əməkdaşları müdaxilə edib. Bundan əlavə, qrup bəzi küçələrdəki bankomatlara daşlarla hücum edib.

Polis hadisə ilə əlaqədar altı nəfəri yaxalayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm