İrəvanda etiraz aksiyası keçirilib - VİDEO
Bizi izləyin

Dünya

İrəvanda etiraz aksiyası keçirilib - VİDEO

u etirazlar yalnız paytaxt deyil, bölgələrdə də baş tutmuş və on minlərlə insanın iştirakı qeydə alınmışdı. Həmin aksiyalara dörd müxalifət partiyası - “Daşnaksutyun” Erməni İnqilabçı Federasiyası, Erməni Milli Konqresi (EMK), “Çiçəklənən Ermənistan" və

Ermənistanın paytaxtı İrəvanda bu gün “Mən- əleyhinəyəm!" adı ilə növbəti etiraz aksiyası keçirilib.

Publika.Az –ın erməni mediasına istinadən verdiyi məlumata görə, yığım pensiya sisteminin tətbiqi barədə qanuna etiraz olaraq keçirilən aksiya hökumət binaları kompleksinin üçüncü korpusundan başlanıb.

Etirazçılar daha sonra Maliyyə Nazirliyinə doğru hərəkət ediblər. “Bu gün dövlət hər şeyi edir ki, insanlar ölkədən köçsünlər. Amma biz mühacirət etmirik, biz bu ölkənin sahibləriyik”, – təntənəli yürüşün iştirakçıları bildiriblər. Təntənəli yürüşdə “İrs” Partiyasının rəhbəri Raffi Ovannisyan da iştirak edib.

Yeni qanuna sonuncu etirazlar isə 22 Yanvar tarixində keçirilmişdi. Bu etirazlar yalnız paytaxt deyil, bölgələrdə də baş tutmuş və on minlərlə insanın iştirakı qeydə alınmışdı. Həmin aksiyalara dörd müxalifət partiyası - “Daşnaksutyun” Erməni İnqilabçı Federasiyası, Erməni Milli Konqresi (EMK), “Çiçəklənən Ermənistan" və “İrs” patiyaları qatılmışdı.

Yığım pensiya sisteminin tətbiqi barədə qanun layihəsi ötən il boyu davam edən etirazlara baxmayaraq, Ermənistan parlamentində qəbul edilib və yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir. Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər.Ermənistan parlamentinin müxalifətdən olan deputatları qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdilər. Lakin Konstitusiya Məhkəməsi müxalifətin müraciətinə rədd cavabı verib.

EMK-nin liderlərdən biri Levon Zurabyan yığım pensiya sisteminin tətbiqi barədə qanunun soyğunçu mahiyyət daşıdığını düşünür. O, bu sistemin Qərbdə uğurla sınaqdan keçirildiyini, qanun Ermənistan üçün keçərli olmadığını bildirib. “Qərb ölkələrində dövlətin müdafiə etdiyi inkişaf etmiş maliyyə institutları, pensiya və investisiya fondları var. Amma bizdə vəziyyət necədir? Biz bandokrat rejimə etibar edə bilərikmi? Hansı ki, bu rejimin idarəçiliyi dövründə ölkədən qanunsuz olaraq çıxarılan kapitalın həcmi beş milyard dollar təşkil edib”, - L.Zurabyan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm