Dünya
PKK-nın İŞİD bayraqları tələsi
Kobanidə İŞİD-lə YPG yaraqlıları arasında qanlı döyüşlərin davam etdiyi vaxtda şəhər daxilindəki toqquşmalarla əlaqədar ilginc bir iddia gündəmə gəlib. İddiaya görə, YPG-çilər yaraqlıları tələyə salmaq üçün şəhərdəki bəzi binalara İŞİD bayrağını asırlar.
Publika.az “Radikal”a istinadən xəbər verir ki, Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərinə üç cəbhədən minlərlə silahlı yaraqlı ilə hücum edən İŞİD (İraq Şam İslam Dövləti) ilə YPG (PKK-nın Suriya qolu) arasında şəhər kənarında ciddi toqquşmalar baş verir. YPG-nin 20 gündür şəhərə girməyə qoymadığı İŞİD bəzi strateji nöqtələri ələ keçirib. Bu səbəbdən, YPG taktikasını dəyişib və çoxlu sayda İŞİD-çini tələyə salıb.
“Xəbərtürk” qəzetinin xəbərinə görə, Kobaninin ətrafından İŞİD-in tank və ağır silahlarını dəf edə bilmək üçün minalar yerləşdirən YPG-nin başqa bir çox ilginc taktikası isə binalara İŞİD bayraqlarının asılması ilə bağlı olub. İddiaya görə, İŞİD yaraqlılarının şəhərə yaxınlaşmasından sonra YPG-çilər Kobanin şərq cəbhəsindən hücum edən yaraqlıları aldatmaq üçün binaların damına İŞİD bayrağı sancıblar. Bir qrup İŞİD-çi bu bölgədən şəhər ətrafına daxil olan kimi mina tələsinə düşüblər. Bu hücum nəticəsində 50-dən çox İŞİD-çinin öldüyü qeyd olunur.
Xatırladaq ki, mətbuatda oktyabrın 2-də İŞİD-in Şiftək kəndi yaxınlığındakı Zorava təpəsində bayraq dalğalandırdığına dair xəbər getmişdi.
Vüsal Tağı
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO