İŞİD tərəfində vuruşan 80 kanadalı barəsində istintaq gedir
Bizi izləyin

Dünya

İŞİD tərəfində vuruşan 80 kanadalı barəsində istintaq gedir

Kanadanın hüquq-mühafizə orqanları Suriya və İraqda terrorçular tərəfdə vuruşan 80 nəfər barəsində həbs tədbiri seçə bilər.

Publika.azReuters" agentliyinə istinadən xəbər verir ki, 2014-cü ilin əvvəlindən 150 Kanada vətəndaşının İŞİD qruplaşmasına qoşulması haqda məlumatlar var. Onlardan bir çoxu geriyə, Kanadaya qayıdıb. Kanadanın Milli Təhlükəsizlik Nazirliyi bəyan edib ki, şübhəlilər barəsində istintaq gedir.

Qurumun başçısı Stiven Bleyni deyib ki, belə adamlar cəmiyyət üçün təhlükəlidir. Onlar mütləq həbsxanaya göndərilməlidir.

Qeyd edək ki, Kanada ABŞ-la birgə İŞİD-ə qarşı koalisiyada iştirak etməyə razılıq verib. Quru əməliyyatlarında iştirak etməsə də, hava hücumlarına dəstək verəcək. Məhz bu qərardan sonra İŞİD-ə qoşulan Kanada vətəndaşları ilə bağlı məsələ gündəmə gəlib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm