ABŞ Ukraynanı müharibəyə hazırlaşdıracaq
Bizi izləyin

Dünya

ABŞ Ukraynanı müharibəyə hazırlaşdıracaq

ABŞ Ukraynaya ölümcül silahların verilməsi proqramını hazırlayır.

Publika.az-ın “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Derek Şolley Vaşinqtonda çıxışı zamanı deyib.

“Ukrayna prezidenti Pyotr Poroşenko bizdən ölümcül silahların verilməsi barədə xahiş edirdi. Biz həmin silahları indiki mərhələdə verməməyə qərar verdik. Amma hazırda elə bir proqram işləyirik, bu proqram Ukraynaya ölümcül silahların verilməsinə gətirib çıxara bilər”, - deyə D.Şolley bildirib.

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini əlavə edib ki, ölkəsi Ukrayna hərbi dəniz qüvvələrini bərpa etmək üçün işləyir. “Biz Ukraynanı və onun ordusunu güclü görmək istəyirik", - deyə ABŞ müdafiə nazirinin köməkçisi söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm