Prezidentin villasında kim yaşayır? – FOTOLAR
Bizi izləyin

Dünya

Prezidentin villasında kim yaşayır? – FOTOLAR

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin boş qalan “Mejiqore” iqamətgahında kimin qalması şübhələrə səbəb olub.

Axar.az xəbər verir ki, yerli jurnalistlərin araşdırmasından sonra eks-prezidentin boş qalan malikanəsində Ukrayna Baş prokurorunun müavini Anatoli Danilenkonun qaldığı məlum olub.

Anatoli Danilenko 140 hektar ərazidə yerləşən iqamətgahda yaşayır. İqamətgah yüksək şəkildə qorunur və ətrafda bir çox kameralar var.

Fotolar sosial şəbəkələrdə yayıldıqdan sonra qalmaqala səbəb olub.

Ukraynanın Baş prokuroru Vitali Yarema müavininin ünvanına səsləndirilən ittihamları rədd edib. O, belə bir iqamətgahın yalnız Anatoli Danilenkonun oğlunun biznesindən əldə edilən qazanc nəticəsində alına biləcəyini bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov bir müddət öncə şəffaflıq haqqında qanun imzalayıb. Qanuna görə, hökumət rəhbərləri və vəzifəli şəxslərin gəlirləri yoxlanılacaq.

Xatırladaq ki, Yanukoviç fevralda Ukraynanı tərk edərək Rusiyaya qaçıb və onun mülkü yeni yaranan hökumətin əlinə keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm