Cəmilov: “Obama mənə şəxsən söz verdi”
Bizi izləyin

Dünya

Cəmilov: “Obama mənə şəxsən söz verdi”

“Barak Obama söz verdi ki, Krım azad edilməyənə kimi Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Cəmilov “Telekritike” kanalına müsahibəsində deyib.

İyun ayının 3-də Polşada ABŞ prezidenti Barak Obama ilə görüşü xatırladan M.Cəmilov qeyd edib ki, Obama Krımı verməyəcəyinə söz verib.

Xatırladaq ki, M.Cəmilova həmin vaxt Polşanın “Həmrəylik Mükafatı” təqdim edilib. Mərasimdə ABŞ prezidenti B.Obama da iştirak etmişdi.

“Mənim Obama ilə altı-yeddi dəqiqəlik söhbətim oldu. Təbii ki, mən Krımın uzun illər dondurulmuş münaqişə zonasına çevriləcəyi və ticarət obyekti ola biləcəyi barədə narahatlığımı ifadə etdim. Amma o, mətanətlə cavab verdi ki, Krımın son kvadratmetri işğaldan azad edilənə kimi sanksiyalar davam edəcək”, - deyə Krım tatarlarının lideri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm