Çexiya nəşri: “Üçüncü Dünya müharibəsi artıq başlandı”
Bizi izləyin

Dünya

Çexiya nəşri: “Üçüncü Dünya müharibəsi artıq başlandı”

“Təəssüf ki, Amerikanın təmiz mübarizədə qalib gəlmək şansı yoxdur. Buna görə də o real müharibəni iqtisadi müharibəyə çevirməyə məcburdur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Çexiyanın “Svobodne Noviny” nəşrində Qərb-Rusiya qarşıdurmasından bəhs edilən yazıda yer alıb.

Çexiya nəşri hesab edir ki, insanların əksəriyyəti qəbul etməsə də, Üçüncü Dünya Müharibəsinin artıq qapının kandarında olması reallıqdır. “Svobodne Noviny” Vaşinqtonun hazırkı mövqeyini də tənqid edir: “Qərb KİV-ləri bizləri əvvəlki kimi qorxudur ki, Rusiya Putinin başçılığı ilə ölkənin ərazisini genişləndirmək istəyir, bütün vasitələrlə, hətta hərbi işğalla. Amma həqiqət başqadır. Amerika Avropanı işğal etmək və Rusiya ilə müharibəyə başlamaq istəyir. Putin, əksinə mübarizəni iqtisadi üsullarla aparmaq istəyir. Çünki bu mübarizədə o, öz ölkəsi üçün ciddi zərər olmadan açıq qalibdir”.

BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının iqtisadi birləşməsi­ – Ö.D) dollara müharibə elan etdiyini yazan “Svobodne Noviny” nəşri bunun ilk növbədə Amerikaya qarşı elan edilən iqtisadi müharibə olduğunu qeyd edib.

“Ukrayna Rusiya-Qərb münaqişənin mərkəzidir. Amerika münaqişənin danışıqlarla həll edilməsini istəmir. Mümkündür Kİ, danışıqların nəticəsi olaraq Ukrayna federasiya halına salınsın. Əksinə, ABŞ provokasiyalar üçün vasitələri, Rusiyanı hərbi münaqişəyə cəlb etmək üçün səbəblər axtarır. Əgər Donetskdə döyüşlər başa çatacaqsa, gözləmək olar ki, Kiyev hökumətinı Krıma almaq üçün əmr alacaq. Bu isə ağılsızlıq və Ukrayna ordusu üçün bu intihar olardı”, - Çexiya nəşri bildirir.

Yazıda qeyd olunub ki, hazırda Ukraynaya yeni və qeyri-amerikan hökumət lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm