Erməni oliqarx: “Prinsip etibarilə bu, uzun yolun yalnız başlanğıcıdır”
Bizi izləyin

Dünya

Erməni oliqarx: “Prinsip etibarilə bu, uzun yolun yalnız başlanğıcıdır”

“Çiçəklənən Ermənistan” Partiyasının lideri, respublikanın ən böyük oliqarxlarından olan Qaqik Sarukyan Rusiyanın “Nezavisimaya Qazeta” nəşrinə müsahibə verib.

Publika.az-ın verdiyi xəbərə görə, son zamanlar Ermənistanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarını xalqın pis həyatdan və ölkədə hökm sürən haqsızlıqlardan yorulması ilə izah edib.

“Hələ beş-altı il əvvəl mən xəbərdarlıq edirdim ki, ölkədə yanlış iqtisadi siyasət aparılır. Amma mənim səsim lazımı ünvanlara çatmadı. Kiçik və orta biznes əhəmiyyətli dərəcədə zərər çəkdi, bir neçə min müəssisə bağlandı. Biz həmçinin yoxsulluğun səviyyəsinin artmasını, xarici investisiyaların kəskin azalmasını, iqtisadi artmanın templərinin əhəmiyyətli dərəcədə düşməsini müşahidə edirik. Belə bir vəziyyətdə hakimiyyətdən kənar ən nüfuzlu siyasi güclər 12 bənddən ibarət tələblər paketini formalaşdırıb. Prinsip etibarilə bu uzun yolun yalnız başlanğıcıdır. Hakimiyyətin kifayət qədər vaxtı var idi ki, tələblərimizə düzgün reaksiya versin”, - deyə erməni oliqarx bildirib.

Ölkəsində vəziyyətin həddindən artıq pis olmasına baxmayaraq, Q.Sarukyan erməni Maydanının əleyhinədir. Onun fikrincə, Maydan Ermənistan kimi kiçik ölkələr üçün çox ağrılı keçə bilər.

Post-sovet məkanında reallaşdırılan Maydan hərəkatlarının adətən antirus ritorikası altında baş tumasına gəlincə, erməni oliqarx Ermənistanda belə bir ritorikanı istisna edir: “Əminəm ki, siz bundan əvvəl heç vaxt mənim belə bəyanatları eşitməmisiniz. Bundan sonra da məndən və silahdaşlarımdan antirus bəyanatlar eşitməyəcəksiniz. Mən Ermənistanda yaranan ağır vəziyyəti təsvir etdim. İnsanlar öz həyatında müsbət dəyişiklikləri tələb edirlər. Bu tələblər nə Rusiya, nə də Qərblə bağlıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm