Kreml: “Ermənistan 2015-ci ildə Avrasiya İttifaqına üzv olacaq”
Bizi izləyin

Dünya

Kreml: “Ermənistan 2015-ci ildə Avrasiya İttifaqına üzv olacaq”

Ermənistan 1 yanvar 2015-ci ildə Rusiya, Qazaxıstan və Belarusun üzv olduğu Avrasiya İqtisadi İttifaqına qoşulacaq.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bununla bağlı müqavilə Ali Avrasiya İqtisadi Şurasının sabah Minskdə keçiriləcək iclasında imzalanacaq. Rusiya prezidentinin köməkçisi həmçinin qurumun Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə ediləcəyini qeyd edib.

Y.Uşakov iclasda Qırğızıstanın Gömrük İttifaqına qoşulması üzrə “yol xəritə”sinin icra vəziyyətinin müzakirə olunacağını söyləyib.

Rusiya prezidentinin köməkçisi Minsk görüşündə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan dövlət başçılarının iştirak edəcəyini deyib. O, dövlət başçılarının 2014-cü ildə bu formatda dördüncü dəfə görüşəcəyini, növbəti görüşün isə dekabr ayında Moskvada keçirilməsinin planlaşdırıldığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm