Sinan Oğandan İŞİD açıqlaması
Bizi izləyin

Dünya

Sinan Oğandan İŞİD açıqlaması

Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından (MHP) təmsil olunan deputatı Sinan Oğan Suriyanın daha çox kürd əhalidən ibarət olan Ayn al-Arab şəhərinin adının nə üçün dəyişdirilərək Kobani adlandırmasının səbəblərini açıqlayıb.

Publika.az-ın məlumatına görə, TBMM-nin üzvü S.Oğan öz “Twitter” səhifəsində bu barədə belə yazıb:

“Kobani ifadəsi Alman dəmiryol şirkətinin adı ilə bağlıdır. Yəni, ingilis dilində mövcud olan “company” ifadəsi sonradan kürd dilinə çevrilərək indiki Kobani formasına gəlib çıxıb. 1912-ci ildə Konya-Bağdad dəmiryol xəttində əhəmiyyətli məkan kimi tanınan Kobani indi İŞİD-in hərbi hücumları ilə dünyanın gündəmini zəbt edib. “Ərəbləşdirmə siyasəti” prosesində adı İŞİD tərəfindən “Ayn el-Arab” (Ərəb gözü) kimi dəyişdirilən Kobani Suriyada baş verən vətəndaş müharibəsində 3 min 850 klometrlik ərazidən daha çox böyük strateji əhəmiyyət kəsb edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm