Rusiya daha üç ay missiyanın mandatını uzatmağa hazırdır
Bizi izləyin

Dünya

Rusiya daha üç ay missiyanın mandatını uzatmağa hazırdır

Moskva Rusiya-Ukrayna sərhədində ATƏT-in missiyasının mandatını daha üç ay uzatmağa hazırdır.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin müavini Andrey Rudenko bildirib.

“Biz bugünkü bəyanatımızla rəsmən bildirdik ki, missiyanın mandatını daha üç ay uzatmağa hazırıq. Bu missiya “Donetsk” və “Qukovo” sərhəd-buraxılış məntəqələrinə aiddir. Bu, yaxşı niyyətin ifadəsi kimi qəbul olunmalıdır”, - deyə rusiyalı diplomat söyləyib.

Moskvanın bu istəyinə Kiyevin hansı cavab verəcəyi isə bəlli deyil. Belə ki, ATƏT-in monitorinq missiyasının tərkibinə yenidən baxılmasının vacibliyi barədə Ukraynada çağırışlar var.

Bir neçə gün əvvəl Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Kanal 5”in efirində bildirib ki, Kiyev Rusiyanın monitorinq missiyasının tərkibindən çıxarılmasına nail olmalıdır. Hərbi ekspert tərkibində Rusiyanın olduğu bir missiyanın obyektivliyindən danışmağın qeyri-mümkün olduğunu deyib.

“Yaranmış vəziyyəti pat adlandırmaq olar. Məsələ ondadır ki, prosesə BMT-ni qoşmaq üçün BMT Təhlükəsizlik Şurasının mandatı lazımdır. Burada isə Rusiya veto hüququna malikdir. Düşünürəm ki, hansısa formada ATƏT-in monitorinq missiyasını yenidən formalaşdırmaq olar. Rusiya tərəf olduğu üçün Rusiyanın bu missiyada iştirak etməməsi üçün təkid etməliyik”, - deyə D.Tımçuk qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm