İTAR-TASS-ın alman alimi, yaxud təbliğatın rus taktikası
Bizi izləyin

Dünya

İTAR-TASS-ın alman alimi, yaxud təbliğatın rus taktikası

Almaniyada Rusiya təbliğatçılarının işi ilə bağlı ciddi qalmaqal yaşanıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, söhbət Rusiyanın İTAR-TASS dövlət xəbər agentliyinin alman “professor”dan aldığı “müsahibə”dən gedir.

Məlumata görə, əslində nə belə bir alim, nə də müsahibə olub. Lorens Xaaq adlandırılan almaniyalı “professor” “müsahibə”də bildirir ki, qeyri-qanuni sərhədlər qədim rus torpağını və rus xalqını bölüb. Alman “alim” həmçinin Odessa Həmkarlar İttifaqındakı faciəni yada salır, “rus dünyası” tərəfdarlarının diri-diri yandırıldığını qeyd edir.

İTAR-TASS xəbər agentliyinin bu uydurması barədə ilk siqnalı Almaniyada yaşayan ukraynalı bloqer Dmitri Xmelnitski verib. O, Lorents Xaaqın kim olduğunu aydınlaşdırmağa çalışıb. Araşdırmaların nəticəsində aydın oldu ki, Almaniyada belə bir adda alim sadəcə mövcud deyil.

İTAR-TASS xəbər agentliyi sadəcə alman aliminin adını uydurmayıb, həmçinin qeyd edib ki, həmin “alim” Qlobal Kommunikasiyalar Agentliyində işləyir. Araşdırmalar Almaniyada belə bir təşkilatın da olmadığını üzə çıxardı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm