Ermənistan “casus”la bağlı faktları təqdim etməyə hazırdır
Bizi izləyin

Dünya

Ermənistan “casus”la bağlı faktları təqdim etməyə hazırdır

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə casusluq edən sabiq polis əməkdaşı ilə bağlı faktları təqdim etməyə hazırdır.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycanın xeyrinə casusluq edən sabiq polis əməkdaşı ilə bağlı faktları təqdim etməyə hazırdır.

Publika.Az –ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

Qeyd edək ki, erməni mediası dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti 31 Yanvar tarixində Azərbaycan xeyrinə casusluq edən ölkə vətəndaşı, sabiq polis əməkdaşı Xaçik Martirosyanın ifşa etdiyini açıqlayıb. Xəbərdə deyilir ki, həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində yanvarın 31-də İrəvan şəhər sakini, 60 yaşlı Xaçik Martirosyan saxlanılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin açıqlamasına görə, X.Martirosyan maddi qazanc əldə etmək məqsədilə 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutaraq səfirliyin patronajlığı altında fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurub və öz xidmətlərini təklif edib. O, Azərbaycan tərəfindən hərbi xarakterli informasiyalar ötürmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb.

X.Martirosyanın aldığı informasiyaları Azərbaycan tərəfinə ötürməyə cəhd etsə də, onun bu əməlinin qarşısı alındığı bildirilir.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən verilən aşıqlamada bu məlumatı təkzib olunub. “Bizə belə bir adam məlum deyil”, - deyə mərkəzdən bildirilib.

“Azərbaycan tərəfinin narahatlığı üçün motivlər bizə aydındır. Məhkəmə prosesini gözləməyi təklif edirik", - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin bu gün yaydığı açıqlamasında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm