Kiyev Stokholm Arbitraj Məhkəməsinin qərarını gözləyir
Bizi izləyin

Dünya

Kiyev Stokholm Arbitraj Məhkəməsinin qərarını gözləyir

Ukrayna Rusiyanın satdığı təbii qazın qiyməti ilə bağlı Stokholm Arbitraj Məhkəməsinin qərarını gözləyir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna energetika və kömür sənayesi naziri Yuri Prodan bildirib.

Onun sözlərinə görə, məhkəmə bir ay ərzində qərar qəbul edə bilər.

Qeyd edək ki, Kiyev "Naftoqaz Ukrayna" Milli Səhmdar Şirkəti ilə Ukraynaya əsassız olaraq yüksək qiymətlərlə qaz satan Rusiyanın qaz inhisarçısı "Qazprom" şirkəti arasındakı müqavilə üzrə Stokholm Arbitraj Məhkəməsində iddia qaldırıb. 2014-cü il aprelin 1-dək 2010-cu il tarixli Xarkov sazişi və 2013-cü il dekabr tarixli saziş üzrə endirimləri nəzərə alaraq Ukrayna üçün Rusiya qazının dəyəri min kubmetr üçün 268,5 dollar təşkil edirdi.

Aprelin 1-dən "Qazprom" borcun ödənilməməsinə görə, Ukrayna üçün qazın qiymətinin 385,5 dollara qədər artırıldığını elan edib. Rusiya Federasiyasının Qara dəniz donanması üzrə Ukrayna ilə bağlanmış sazişlərin qüvvədən düşməsi ilə əlaqədar Rusiya ikinci endirimi də ləğv edib və buna görə də qazın min kubmetrinin qiyməti 485 dollara qədər artırılıb.

Avropa İttifaqı isə 21 oktyabrda Berlində növbəti Avropa İttifaqı-Rusiya-Ukrayna üçtərəfli qaz danışıqlarını təşkil etmək istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm