Səudiyyə Ərəbistanı Rusiyanı çökdürməyə qərar verdi
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanı Rusiyanı çökdürməyə qərar verdi

Səudiyyə Ərəbistanı enerji bazarında Rusiya və İrana böyük zərbə vurmağa hazırlaşır.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Neft Siyasəti və Strateji Proqnozlaşdırmalar Mərkəzinin başçısı Raşid Abanmi neftin bir barrelinin qiymətini 50-60 dollara qədər endirəcəyini qeyd edib.

“Anadolu”nun müxbirinə açıqlama verən Abanmi son üç ayda 115 dollardan 92 dollara enən xam neftin qiymətinin qarşıdakı aylarda daha da enəcəyini, bunu Rusiya və İrana təzyiq üçün etdiyini bildirib. O, neft qiymətlərindəki endirimin Rusiya və İrana təsirinin körfəz ölkələri ilə müqayisədə daha çox olduğunu söyləyib.

R.Abanmi neft qiymətləri ilə bağlı OPEC-in qərarlarının tövsiyə xarakterli olduğunu, neft ölkələri üçün bu qərarların məcburi olmadığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm